XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



Güləşçilərimiz Dünya Çimərlik Oyununda iştirak edəcəklər
İdman 16:54 / 27.03.2019


Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.
Yarışda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcəklər.
Ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də yer alacaq.
Qeyd edək ki, dünya seriyası çərçivəsində növbəti analoji yarış mayda Braziliyada baş tutacaq. Bu turnirlərdə toplanacaq xallarla oktyabrda Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq Dünya Çimərlik Oyunlarına lisenziyaların sahibləri müəyyənləşəcək.

20706 oxunub

InvestAZ