XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Cüdoçularımız Tbilisi Qran-Prisində yarışacaqlar
İdman 14:29 / 27.03.2019



Martın 29-dan 31-dək Tbilisidə qadın və kişi cüdoçular arasında Qran-Pri turniri keçiriləcək.
Ölkəmizi yarışda 9 kişi və 5 qadın cüdoçu təmsil edəcək.
Kişilərin yarışında Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), İlkin Babazadə, İsmayıl Əliyev (hər ikisi 65 kq), Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), Əblülhaqq Rəsullu, (90 kq), Aliumar Tumayev (90 kq), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.
Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) yarışacaqlar.
Yarışda 58 ölkədən 500-dən artıq cüdoçunun iştirakı nəzərdə tutulub.



19908 oxunub

InvestAZ