XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



PSJ-nin lideri yenidən zədələndi
İdman 12:10 / 27.03.2019

Fransanın "Paris Sen-Jermen” futbol klubunun hücumçusu Edinson Kavani yenidən zədələnib. 32 yaşlı hücumçu Uruqvay milli komandasının heyətində məşq zamanı ayağında yaranan problem səbəbi ilə yenidən yaşıl meydanlardan kənarda qalacaq. Fevral ayındakı zədədən sonra Kavani UEFA Çempionlar Liqasında "Mançester Yunayted” klubu ilə görüşdə cəmi iki dəqiqə meydanda olub.
Xatırladaq ki, uruqvaylı hücumçu "Paris Sen-Jermen”də keçirdiyi 26 oyunda 22 qol vurub. O, Uruqvay millisində isə 109 oyun keçirib və 46 dəfə rəqib qapısına yol tapıb.

19149 oxunub

InvestAZ