XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Voleybolçumuz gümüş medala sahib oldu
İdman 11:09 / 27.03.2019


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Katerina Jidkova Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının gümüş medalını qazanıb.
Voleybolçumuzun çıxış etdiyi Rumıniyanın "Alba” komandası final görüşündə İtaliyanın "Yamamay” komandası ilə qarşılaşıb. İlk görüşdə İtaliya təmsilçisinə doğma meydanda 0:3 hesabı ilə məğlub olan "Alba” cavab qarşılaşmasında da 1:3 hesabı ilə uduzub. Beləliklə, iki oyununun nəticəsinə görə, "Yamamay” üçüncü dəfə CEV kuboku yarışlarının qalibi olub.
Qeyd edək ki, cavab qarşılaşmasında voleybolçumuz 10 xal toplayıb.

18989 oxunub

InvestAZ