XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Neftçi”nin əfsanəsi Avropa çempionatlarının rekordçuları sırasında
İdman 11:43 / 14.05.2021
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempinatları tarixində ən çox oyuna çıxmaqla rekorda imza atan futbolçuların adlarını açıqlayıb.
Siyahıda Azərbaycanın əfsanəvi futbolçusu, SSRİ yığmasının və "Neftçi"nin keçmiş hücumçusu Anatoli Banişevskinin adı da yer alıb.
SSRİ komandasının 3 üzvü - Valentin İvanov, Lev Yaşin və Viktor Ponedelnik AVRO-1964-ün sonuna qədər 4 oyun keçiriblər. Bu, həmin vaxt çempionatın rekordu hesab edilib.
1972-ci ildəki yarışın sonunda isə Antoli Banişevski və daha bir neçə futbolçu bu uğuru təkrarlayıb.
Daha sonra 8 oyunçunun rekordunu 1976-cı ildə Yuqoslaviyanın heyətində Draqan Caiç qırıb. Keçmiş forvard həmin vaxt Avropa çempinatlarında 5-ci oyununa çıxıb.
Hazırda oyunların sayına görə rekord Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronalduya məxsusdur. O, bu vaxta qədər 21 dəfə Avropa çempionatları matçında meydanda olub. Təcrübəli oyunçu AVRO-2020-də öz rekordunu daha da təkmilləşdirə bilər.
AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Qeyd edək ki, Anatoli Banişevski 1968 və 1972-ci ildə SSRİ yığmasının heyətində Avropa çempionatında oynayıb. O, 1972-ci ildə komanda ilə birlikdə gümüş medal qazanıb.

25731 oxunub

InvestAZ