XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İlqar Rəhimov lisenziya qazanmış idmançılarla görüşüb
İdman 10:54 / 13.05.2021
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov parataekvando üzrə Avropa təsnifat turnirində iştirak edən paralimpiyaçılar ilə görüşüb. Görüşdə komitənin baş katibi Kamal Məmmədov, parataekvando üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə komandanın digər üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMPK-nın prezidenti İ.Rəhimov yarışların uğurlu olduğunu və bu yarışlarda Tokio-2020 Yay Paralimpiya Oyunlarına 4 lisenziya qazanıldığını qeyd edib. İ.Rəhimov qeyd edib ki, parataekvando komandası daha da əzmlə çalışmalı və növbəti yarışlarda daha yaxşı nəticələr əldə etməlidir. Qarşıdakı əsas hədəf Tokio-2020 Paralimpiya Oyunlarıdır. Bu oyunlara cəmi 3 ay vaxt qalıb. Bu vaxt ərzində var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız”.

Komandanın baş məşqçisi F.Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, qarşıya qoyulan əsas hədəfə - Tokio 2020-yə lisenziyalar qazanmağa nail olunduğunu qeyd edib.

21251 oxunub

InvestAZ