XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



“Lester” qalib gəldi, “şəhərlilər” çempion oldu
İdman 15:34 / 11.05.2021
Futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib. Hazırda turnir cədvəlində ikinci yerdə qərarlaşan "Mançester Yunayted" klubunun "Lester Siti”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra məlum olub.
Xosep Qvardiolanın yetirmələri "Mançester Yunayted"i 10 xalla qabaqlayırlar. Komandalar çempionatda üç matç keçirəcəklər. Beləliklə, "Mançester Siti" yeddinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola "Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib. Daha əvvəl "Mançester Siti" ispan mütəxəssisin rəhbərliyi altında 2017-2018-ci və 2018-2019-cu il mövsümlərində də ölkə birincisi olub.
Qeyd edək ki, ötən mövsümdə çempionluq titulunu "Liverpul" qazanıb.


17152 oxunub

InvestAZ