XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Final İstanbuldan alınır?
İdman 12:31 / 11.05.2021
UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhəri əvəzinə Portuqaliyanın Portu şəhərində keçirilə bilər.
Bu barədə italiyalı jurnalist şəxsi "Twitter” səhifəsində yazıb. O, rəsmi qərarın yaxın 24 saat ərzində açıqlanacağını bildirib.
Finalda İngiltərənin "Mançester Siti” və "Çelsi” komandaları qarşılaşacaq. Daha əvvəl bu matçı Londondakı "Uembli” stadionu və ya Portuqaliyanın paytaxtı Lissabondakı arenalardan birinin qəbul edəcəyi iddia olunurdu.
Məlumat təsdiqlənsə, final qarşılaşması mayın 29-da "Draqau” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

82849 oxunub

InvestAZ