XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



Hemilton Barselonada da birinci oldu
İdman 11:13 / 10.05.2021
Formula 1 İspaniya Qran-Prisinin qalibi müəyyənləşib. Yarışda "Mercedes”in pilotu Luis Hemilton birinci olub. Maks Ferstappen ("Red Bull Racing") yarışı ikinci, Valtteri Bottas ("Mercedes”) isə üçüncü pillədə başa vurublar.
L.Hemilton cari mövsüm üçüncü, karyerasında 98-ci, Barselonada isə ardıcıl 5-ci qələbəsini qazanıb.
Pilotların siyahısına 94 xalla L.Hemilton başçılıq edir. M.Ferstappen 80 xalla ikinci, V.Bottas isə 47 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 141 xalla birincidir. İlk üçlüyü "Red Bull" (112 xal) və "McLaren" (65 xal) komandaları tamamlayır.
Növbəti yarış iki həftə sonra Monakoda təşkil olunacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.

33707 oxunub

InvestAZ