XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Fərqli komandalarla ardıcıl iki final
İdman 14:22 / 06.05.2021
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasında yeni uğura imza atıb. 48 yaşlı almaniyalı mütəxəssis fərqli komandalarla ardıcıl ikinci dəfə finala yüksəlməklə buna nail olub.
Tomas Tuxel tarixdə ilk dəfə bu nailiyyətə imza atan baş məşqçidir. "Çelsi" yarımfinal mərhələsində iki oyunun nəticəsinə əsasən İspaniyanın "Real Madrid" klubunu məğlub edib - 1:1, 2:0.
Qeyd edək ki, Tomas Tuxel ötən mövsüm Fransanın PSJ klubu ilə finalda iştirak edib. Onun rəhbərlik etdiyi komanda həlledici matçda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə uduzub.

32039 oxunub

InvestAZ