XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Rusiya Olimpiya Komitəsindən
İdman 10:50 / 04.05.2021
Azad Rəhimovun vəfat etməsi xəbərini böyük təəssüf hissi ilə öyrəndik. Biz onu təkcə Azərbaycanda deyil, bütün Avropa ərazisində idmanın və Olimpiya Hərəkatının inkişafı naminə gördüyü sadiq işinə görə hər zaman xatırlayacağıq. Onun birinci Avropa Oyunlarının və Avropa Gənclər Olimpiya Festivalının keçirilməsinə verdiyi töhfə Avropa Olimpiya Hərəkatının üzvləri tərəfindən ən yüksək səviyyədə qiymətləndirilmişdir.
Rusiya Olimpiya Komitəsinin adından və şəxsən öz adımdan Azad Rəhimovun ailəsinə, qohumlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm.
Onun Avropa idmanının inkişafına çoxillik töhfəsi Olimpiya ailəsinin bütün üzvləri üçün hər zaman mayak olacaq.
Sizin dərdinizə şərikik.

Hörmətlə,
S.A.Pozdnyakov
Rusiya Olimpiya Komitəsinin prezidenti


34249 oxunub

InvestAZ