İspaniyanın "Barselona” klubu mövsümün sonunda braziliyalı futbolçu Filipe Koutinyonu transfer bazarına çıxaracaq. "Barselona” rəhbərliyi Koutinyo üçün 80 milyon avro transfer qiyməti təyin edib. Kotolonların heyətində xoşbəxt olmayan sambaçı yenidən İngiltərə Premyer Liqasına qayıtmaq fikrindədir. Hazırda Koutinyo ilə İngiltərənin "Mançester Yunayted” və Fransanın PSJ komandaları maraqlanır.
Qeyd edək ki, Filipe Koutinyo 2017-18-ci illər mövsümünün qış transfer pəncərəsində 150 milyon avro qarşılığında "Liverpul”dan "Barselona”ya transfer olunmuşdu.
21068 oxunub