XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Şumaxerin evi müalicəsinə görə satışa çıxarıldı
İdman 18:00 / 14.04.2021
Formula-1-in əfsanəsi Mixael Şumaxerin evi satışa qoyulub. Yarışın 7 qat çempionunun həyat yoldaşı Korinna İsveçrənin Qlan şəhərindəki ərazisi 20 min kvadrat metr təşkil edən malikanəni satışa çıxarmağa məcbur olub. Şumaxerin evinin qiyməti 58,7 milyon avro ilə dəyərləndirilir. Satışdan əldə olunacaq vəsait sabiq pilotun müalicəsinə sərf ediləcək. Əfsanəvi pilotun tibbi xidmətlərinə ildə təxminən 3 milyon avro xərclənir.
Qeyd edək ki, Şumaxer 2013-cü ilin dekabrında Frananın Meribel şəhərində dağ xizəyi ilə sürüşən zaman başından ciddi xəsarət alıb. Uzun müddət komada olan pilotun durumu 2018-ci ilin sonlarında yaxşılaşsa da, 2 il öncə Paris klinikasına yerləşdirilib.

20275 oxunub

InvestAZ