XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bu gün Çempionlar Liqasında yarımfinalın son iştirakçıları müəyyənləşəcək
İdman 16:00 / 14.04.2021
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Son oyun günündə təşkil olunacaq 2 qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək. İngiltərədəki ilk matçda "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan Almaniyanın "Borussiya" (Dortmund) klubu bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gələcək. Bu oyunda "şəhərlilər"i növbətə mərhələyə çıxmaq üçün istənilən heç-heçə qanə edəcək.
Dortmund təmsilçisi isə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Meydan sahiblərinin heyətində Dan-Aksel Zaqadu zədə səbəbindən oynaya bilməyəcək. Qonaqlarda isə Emerik Lyaport və Serxio Aqueronun meydana çıxıb-çıxmayacağı sual altındadır.
Gecənin digər oyunu İngiltərədə "Liverpul"la İspaniyanın "Real” klubları arasında olacaq. Madriddəki ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən "kral klubu" üstünlüyünü qorumağa çalışacaq. Mersisaydlılar isə həmin məğlubiyyətin əvəzini çıxmaq niyyətindədirlər. Premyer Liqa təmilçisində Vircil van Deyk, Co Qomes və Cordan Henderson zədəlidir. Qonaqlarda isə itkilərin sayı daha çoxdur. Zədədən əziyyət çəkən Eden Hazar, Rafael Varan, Dani Karvahal və Lukas Vaskesdən başqa, koronavirusa yoluxan kapitan Serxio Ramos "Liverpul”la matçı buraxacaq.

19254 oxunub

InvestAZ