XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



PSJ və “Çelsi” Çempionlar Liqasının yarımfinalına vəsiqə qazandı
İdman 12:27 / 14.04.2021
Ötən gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma oynanılıb. Keçirilən görüşlərdən sona yarımfinal mərhələsinə yüksələn ilk iki komandanın adına aydınlıq gəlib. İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları növbəti mərhələyə yüksəliblər. London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi "Portu"ya evdə minimal hesabla uduzub - 0:1. Qonaqların heyətində oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Mehdi Taremi fərqlənib. Məğlubiyyətə baxmayaraq, "zadəganlar" yarımfinala vəsiqə qazanıblar.
PSJ isə doğma meydanda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 40-cı dəqiqədə Erik Şupo-Motinq vurub. Buna baxmayaraq, Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfərdə daha çox qol vurduğu üçün yarımfinala yüksəlib.

18372 oxunub

InvestAZ