XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Kikboksinqçilərimiz Türkiyədən 3 medalla qayıdıblar
İdman 17:05 / 12.04.2021
Türkiyənin Antalya şəhərində kikboksinq üzrə VI Beynəlxalq Türkiyə Açıq turniri adlanan Avropa Kuboku turniri keçirilib. Komandamız yarışda 4 idmançı ilə təmsil olunub. Azərbaycan Kikboksinq Federasiyasından "Olimpiya dünyası” qəzetinə verilən məlumata görə komandamız turniri 2 qızıl və 1 gümüş medalla başa vurublar.
Qızıl medalları komandamıza gənclər arasında yarışan Akif Quluzadə (54 kq) və Qəşəm Məmmədov (63,5 kq) qazandırıb. Komandamızın digər üzvü Anar Məmmədov isə 57 kq çəki dərəcəsində (böyüklər) gümüş medala sahib çıxıb.
Yarışda Azərbaycanın iki hakimi - Aydın Ağabəyov və Anar Məmmədov ədaləti qoruyublar.

18211 oxunub

InvestAZ