XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millimiz səfər oyununda məğlub oldu
İdman 09:05 / 22.03.2019

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Komandamız səfərdə Xorvatiya yığması ilə qarşılaşıb. Zaqreb şəhərindəki "Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edib. Oyunda hesabı Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev açıb. İlk hissənin sonlarına yaxın rəqib komanda cavab qolunu vurub. Qarşılaşmanın ikinci hissəsində Xorvatiya yığması yenidən fərqlənib. Aşkar üstünlüyə malik olan meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

19392 oxunub

InvestAZ