XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



MDB Oyunları ilə bağlı iclas keçirilib
İdman 16:50 / 08.04.2021

2021-ci il sentyabrın 4-dən 11-dək Kazanda keçiriləcək MDB ölkələrinin I Oyunlarının iştirakçıları 16 idman növü üzrə 193 dəst medal uğrunda mübarizə aparacaqlar. Bu barədə videokonfrans formatında keçirilən Oyunların hazırlanması və keçirilməsi üzrə İşçi Qrupunun iclasında məlumat verilib.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İşçi Qrupu, Rusiya Federasiyasının İdman Nazirliyi və Tatarıstan Respublikasının İdman Nazirliyi tərəfindən yarışların müəyyən edilmiş müddətlərdə və tam həcmdə hazırlanması üzrə tədbirlərin həyata keçirildiyini qeyd edərək, Oyunların keçirilməsinin Reqlamentinin dəqiqləşdirilmiş layihəsini bütövlükdə bəyəniblər.
Bədən tərbiyəsi və idman sahəsində dövlət hakimiyyəti orqanlarının mayın 4-dək Rusiya İdman Nazirliyinə MDB ölkələrinin I Oyunlarına idman nümayəndə heyətləri rəhbərlərinin namizədlərinə dair təkliflər göndərməsini, Oyunlarda iştirak etmək üçün ərizələrin verilməsinin təmin edilməsini xahiş etmək qərara alınıb.
MDB ölkələrinin Oyunları 2019-cu ilin oktyabrında Birlik Hökumət Başçıları Şurasının qərarı ilə təsis edilib. Onların keçirilməsi MDB-nin mədəni-idman potensialını artırmağa, ölkələr arasında çoxtərəfli dialoqun inkişafı üçün səmərəli meydan əldə etməyə imkan verəcək.
Oyunların iki ildən bir növbə ilə MDB dövlətlərinin hər birində keçirilməsi planlaşdırılır. Bununla belə həm Birlik ölkələrindən, həm də digər dövlətlərdən olan komandalar iştirak edə bilərlər. Yarışların proqramını Oyunlar haqqında Əsasnaməyə əsasən təşkilatçı ölkə müəyyən edəcək.
MDB ölkələrinin Kazanda keçiriləcək I Oyunlarında 23 yaşadək 3 minə yaxın idmançının iştirak edəcəyi planlaşdırılır. Tədbirlərin keçirilməsi üçün 12 idman obyekti fəaliyyət göstərəcəkdir. MDB ölkələrinin I Oyunlarının loqosu Simürq quşu oldu, Bəbir talisman seçildi.
Oyunlar çərçivəsində bədən tərbiyəsi və idmanın inkişafı məsələlərinə dair işgüzar proqram tədbirlərinin, eləcə də MDB–nin iştirakçı-dövlətlərinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçılarının bədən tərbiyəsi və İdman Şurasının növbəti iclasının keçirilməsi planlaşdırılır.


21322 oxunub

InvestAZ