XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Çempionlar Liqası: PSJ ötənilki finalın qisasını “Bavariya”dan aldı
İdman 10:04 / 08.04.2021
Aprelin 7-də futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin daha iki oyunu keçirilib. Gecənin böyük maraqla gözlənilən görüşü Almaniyada turnirin son qalibi "Bavariya” ilə Fransanın "Paris Sen-Jermen” komandaları arasında təşkil olunub.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk dəqiqələrində rəqiblər bir-birinin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Matçın 3-cü dəqiqəsində Manuel Noyer ilə təkbətək qalan Kilyan Mbappe qonaqları hesabda önə çıxardıb - 0:1. Qarşılaşmanın 28-ci dəqiqəsində parislilər hesab arasındakı fərqi iki topa çatdırıb.
Neymarın cərimə meydançasına ötürdüyü topu müdafiəçi Markinyos dəqiq zərbə ilə tamamlayıb - 0:2. Qoldan iki dəqiqə sonra ikinci qolun müəllifi Markinyon zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Onu Ander Arrera əvəzləyib.
Birinci hissənin başa çatmasına səkkiz dəqiqə qalmış "Bavariya" qollardan birinin əvəzini çıxıb. Benjamin Pavardın cinah ötürməsindən sonra Maksim Şupo-Motinq qapıya dəqiq baş zərbəsi endirib - 1:2.
Fasilədən sonra hücumların kəsərin artıran Münxen təmsilçisi hesabı bərabərləşdirməyə nail olub. Oyunun 60-cı dəqiqəsində Tomas Müller komandasının vacib qoluna imza atıb.
Oyunda geridönüş etmək istəyən "Bavariya" iki dəqiqədən sonra yenidən qapısında top görüb. Qarşılaşmanın ən yaxşılarından olan Kilyan Mbappe yenidən adını tabloya yazdıraraq komandasının səfərdə vacib qələbəsini təmin edib.
Qalan dəqiqələrdə "Paris Sen-Jermen" daha əks hücumlara bel bağlayaraq müdafiəyə oturub hesabı qorumağa çalışıb. Buna baxmayaraq hesab dəyişilməyib.
Günün digər görüşündə İngiltərənin "Çelsi" klubu səfərdə Portuqaliyanın "Portu" komandasını 2:0 hesabı ilə məğlub edib. London təmsilçilərinin heyətində Meyson Mount (32) və Benjamin Ciluel (85) fərqlənib.
Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 13-də gerçəkləşəcək.
Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından "Liverpul” İspaniyada "Real Madrid”ə 1:3 hesabı ilə uduzub, "Mançester Siti” isə evdə Almaniyanın "Borussiya” (Dortmund) klubuna qalib gəlib - 2:1.


18961 oxunub

InvestAZ