XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021
19 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021



Bakıda keçirilməsi planlaşdırılan Avropa çempionatının vaxtı dəyişdirildi
İdman 12:23 / 06.04.2021

Paytaxtımız gələn ilin mayın 20-22-də sumo üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə məlumatı "Olimpiya dünyası” qəzetinə Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev verib. Yarışın əvvəlcə ötən ilin aprel, sonra isə oktyabr aylarında keçirilməsinin planlaşdırıldığını deyən federasiya rəhbəri bunun koronavirus pandemiyasına görə mümkün olmadığını bildiridi:
"Avropa çempionatına yüksək səviyyədə hazırlaşırdıq. Lakin mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, çempionatın tarixində dəyişiklik edildi. Bununla bağlı Avropa Sumo Federasiyasının prezidenti Dariuş Rozumla da danışıqlar aparıldı. Mövcud şərait nəzərə alınaraq Avropa çempionatının tarixinin gələn ilin may ayının 20-22-nə salınması qərara alındı”.
Samir Abdullayev həmçinin sumonun üçüncü Avropa Oyunlarının proqramına daxil edilməsi məsələsinin də əsas müzakirə mövzularından biri olduğunu qeyd edib. "Məlum olduğu kimi, üçüncü Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov və Malopolye şəhərlərində təşkil olunacaq. Bizim əsas məqsədimiz sumo idman növünü bu Oyunların proqramına daxil etməkdir. Avropa Sumo Federasiyasında da bu barədə danışıqlar davam edir. Yəqin ki, Polşadakı Avropa Oyunlarının proqramında sumo idman növü də yer alacaq. Əlbəttə, nəhənglərin mübarizəsini qitənin ən mötəbər yarışında izləmək hər birimiz üçün maraqlı bir yenilik olar. Bu baxımdan Bakıdakı Avropa çempionatı da Oyunların proqramına daxil edilməsi üçün əhəmiyyətli yarışlardan biri olacaq. Çalışacağıq ki, bu yarışda üzərimizə düşən vəzifənin öhdəsindən layiqli şəkildə gələk və çempionata yüksək səviyyədə ev sahibliyi edək”, - deyə federasiya prezidenti bildirib.

1047 oxunub

InvestAZ