XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kütləvi dava diskvalifikasiya ilə nəticələndi
İdman 16:48 / 30.03.2021
Rusiyanın paytaxtı Moskvada "Urban League” həvəskar futbol turniri zamanı kütləvi dava düşüb. Hadisə "Qızıl pley-off” oyununun yarımfinalında "World Class” və "Futbolda” komandaları arasında baş verib. Dava qarşılaşmanın 56-cı dəqiqəsində hesab 6:3 "World Class” klubunun xeyirinə olduğu zaman futbolçulardan biri, digərinə irad bildirməsi ilə başlayıb.
"Futbolda” komandasının oyunçusu Arbi Dudayev əvvəlcə "World Class” klubunun futbolçusu Aleksandr Antonova zərbə endirib. Daha sonra əsəblərinə hakim olmayan idmançı məşqçini və İlya Madilova hücum edib. Bundan sonra məsələ daha da böyüyərək, kütləvi dava halını alıb. Belə ki, "Futbolda” komandasının qapıçısı Radik Kloyan "World Class”ın qolkiperi Dmitriy Şevçenkoya hücum edib.
Nəticədə Arbi Dudayev qırmızı verəqə alaraq, müddətsiz diskvalifikasiya olunub. Radik Kloyana isə turnirin beş oyununa çıxmaq qadağası qoyulub.
Qeyd edək ki, oyun "World Class” komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.

33165 oxunub

InvestAZ