XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Yeni baş məşqçi özünə daha 2 köməkçi götürdü
İdman 16:45 / 20.03.2019

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç özünə daha 2 xorvatiyalı köməkçi götürüb.
Bunlar Frano Leko ilə Armin Alibekoviçdir. 51 yaşlı Leko fitnes məşqçisi kimi çalışır. Onun son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. Alibekoviç isə skaut və video-analitik vəzifəsində fəaliyyət göstərir. O, əvvəllər BƏƏ-nin U-17 yığmasında, Polşa "Legiya"sında, eləcə də Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda işləyib.
Daha əvvəl milliyə Mario Tokiç və Arif Əsədov köməkçi, Dmitri Kramarenko isə qapıçılarla iş üzrə məşqçi kimi cəlb olunub.

18420 oxunub

InvestAZ