XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Real Madrid” prezidenti R.Nadal və R.Federeri üz-üzə gətirəcək
İdman 16:13 / 17.03.2021
"Real Madrid” klubunun prezidenti Florentino Peres 2022-ci təmirdən sonra istifadəyə veriləcək "Santyaqo Bernabeo” stadionunun şərəfinə tennis üzrə sərgi qarşılaşması keçirməyi planlaşdırır. Prezident ispaniyalı Refael Nadal və isveçrəli Rocer Federeri üz-üzə gətirmək niyyətindədir.
Məlumata görə, F.Peres R.Nadaldan artıq müsbət cavab alıb. Klubun prezidenti iki tennisçi arasında olan dostluq əlaqələrini nəzərə alaraq, R.Federerin də razılıq verəcəyinə ümid edir. İdmançı proektdə iştirakına imtina edəcəyi təqdirdə top-5 reytinqinə daxil olan digər tennisçilər müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Florentino Peresin əsas məqsədi tarixdə ən çox tamaşaçı olan tennis oyununu təşkil etməkdir. Hazırda bu status R.Nadal və R.Federer arasında Cənubi Afrikada təşkil olunan xeyirriyə oyunudur. 52 min tamaşaçı tərəfindən izlənilən qarşılaşmada üç setdə 6:4, 3:6, 6:3 hesabı ilə Rocer Federer qələbə qazanmışdı.
Qeyd edək ki, "Santyaqo Bernabeo” stadionu 81 min tamaşaçı tutumuna sahibdir.

19860 oxunub

InvestAZ