XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Təl-Əvivdən sonra Daşkənd…
İdman 17:23 / 04.03.2021
Martın 5-də Daşkənddə Azərbaycan cüdoçularının da iştirak edəcəyi "Böyük dəbilqə” turniri start götürəcək.
Yarışda ölkəmizi 12 cüdoçu təmsil edəcək. Kişi idmançılarımızdan Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (+100 kq) iştirak edəcəklər. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar. Yarış martın 7-dək davam edəcək.
Qeyd edək ki, cüdoçularımız ötən ay İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirində 1 medal qazanıblar. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

22030 oxunub

InvestAZ