XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



«Molde» «Qranada»nı Budapeştdə qəbul edəcək
İdman 13:45 / 04.03.2021
Avropa Liqasının 1/8 final mərhələsində Norveçin "Molde” və İspaniyanın "Qranada” klubları arasında keçiriləcək cavab matçının yeri dəyişdirilib. Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Norveçdə yox, Macarıstanda keçiriləcək.
Buna iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər səbəb göstərilib.
Görüş martın 18-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu komandalar arasındakı ilk oyun isə martın 11-də İspaniyada olacaq.

20963 oxunub

InvestAZ