XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Modriç 7-ci dəfə Xorvatiyanın ən yaxşısl seçildi
İdman 10:49 / 20.03.2019

Xorvatiya milli komandasının kapitanı Luka Modriç 7-ci dəfə ölkənin ən yaxşı futbolçusu seçilib.
"Vecernji List"in apardığı sorğuda "Real Madrid"in yarımmüdafiəçisinə münsiflər heyətinin 11 üzvü 110 xal verib.
İkinci yeri 94 xalla İtaliya "Yuventus"unun hücumçusu Mario Mancukiçtutub. İspaniya "Barselona"sının yarımmüdafiəçisi İvan Rakitiç isə 87xalla 3-cü olub.
Modriç daha əvvəl 2007, 2008, 2011, 2014, 2016 və 2017-ci illərdə də Xorvatiyada ən yaxşı futbolçu sayılıb. O, yenidən seçilməklə Xorvatiya Futbol İttifaqının hazırkı prezidenti Davor Şukeri də üstələyib.
Qeyd edək ki, "Vecernji List" ilin futbolçusunu 1972-ci ildən seçir. Ən yaxşılar sırasında 2 dəfə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki də olub.

25921 oxunub

InvestAZ