XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



ÜST-ün Azərbaycandakı nümayəndəsi ADBTİA-da olub
İdman 15:45 / 02.03.2021
Martın 2-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) görüş olub.
Görüşdə Hande Harmancı son illər Akademiyada həyata keçirilən islahatlarla, o cümlədən London Kollec Universiteti (UCL) ilə əməkdaşlıq çərçivəsində həkimlərin ixtisaslaşması üçün təsis edilmiş ingilisdilli "İdman tibbi və reabilitasiya” magistratura proqramı ilə tanış olub. O, həmçinin hazırda İkinci Qarabağ müharibəsinin 60-dək qazisinin reabilitasiyasının aparıldığı elmi-tədris laboratoriyasını və müxtəlif layihələrin həyata keçirildiyi Multimedia mərkəzini ziyarət edib.
Sonra Hande Harmancı Akademiyanın rəhbərliyi ilə görüşüb. Görüşdə Hande Harmancı Azərbaycan Hökumətinin ÜST ilə razılaşması çərçivəsində köməkçi texnologiyalar (məsələn, təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) sektorunun gücləndirilməsi layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində prioritet köməkçi vasitələrin milli siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək göstərəcək. Layihə çərçivəsində keçiriləcək "Köməkçi texnologiyaların sürətli qiymətləndirməsi” sorğusu (rATA, rapid Assistive Technology Assessment survey) əhalinin köməkçi texnologiyalardan istifadəsi ilə bağlı mövcud vəziyyəti qiymətləndirməyə imkan verəcək.
O, layihəyə göstərilən dəstəyə görə ADBTİA-ya təşəkkürünü bildirib. Ölkədə ali təhsil müəssisəsi səviyyəsində daxili və xarici tədqiqat layihələrinin ekspertizasını həyata keçirən yeganə etik komitə olan ADBTİA-nın Bioetika Komitəsi tərəfindən həmin layihəyə baxılıb və müsbət rəy verilib.
ADBTİA-nın dəstəyini, reabilitasiya sahəsində mütəxəssislər hazırlamasını və elmi işlər aparmasını nəzərə alan Hande Harmancı Akademiyanı layihənin həyata keçirilməsində iştiraka dəvət edib.
Söhbət zamanı Akademiyanın rektoru Fuad Hacıyev ÜST ilə əməkdaşlığın inkişafından məmnun olduğunu və çox əhəmiyyətli olan layihəyə töhfə verməkdən qürur duyduğunu bildirib.
Görüşdə ÜST ilə ADBTİA arasında layihə üzrə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

16695 oxunub

InvestAZ