XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Afrikalı futbolçu heçnə xatırlamır
İdman 17:19 / 26.02.2021
İtaliya A Seriyasının XXIII turunun "Atalanta" ilə oyununda (2:4) zədələnən "Napoli"sinin futbolçusu Viktor Osimhen yaddaşını itirib. Bu barədə neyrocərrah Alfredo Buçiero yerli radiolardan birinə açıqlamasında deyib.
Onun sözlərinə görə, ikili mübarizə zamanı yerə yıxılan və başı ot örtüyünə çırpılan 23 yaşlı forvard huşunu itirdiyini və xəstəxanaya yerləşdirildiyini xatırlamır.
Həkim afrikalı oyunçunun başında ciddi zədə olmadığını bildirsə də, onun 1 həftəlik istirahətə ehtiyacı olduğunu vurğulayıb. Buçiero Osimhenin yaddaşının tədricən qayıdacağını söyləyib.

18207 oxunub

InvestAZ