XƏBƏR LENTİ
17 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Qrossmeysterimiz bu gün yarımfinalda ABŞ şahmatçısı ilə qarşılaşacaq
İdman 16:57 / 11.02.2021
Fevralın 11-də Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Champions Chess Tour” seriyasının "Opera Euro Rapid” adlı üçüncü mərhələsinin yarımfinalında mübarizə aparacaq. 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Digər görüşündə norveçli Maqnus Karlsen
fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Bu mərhələ iki gün ərzində keçirilən iki matçdan ibarətdir. Hər matçda dörd partiya oynanılır. İki günün nəticəsi heç-heçə olarsa, qalib tay-breykdə müəyyənləşəcək.
Qeyd edək ki, şahmatçımız dörddəbir finalda Niderland təmsilçisi Aniş Girini məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Xatırladaq ki, "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

32135 oxunub

InvestAZ