XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Neymar zədələndi
İdman 12:00 / 11.02.2021
Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar zədələnib. 29 yaşlı hücumçu ölkə kubokunun 1/32 finalında "Kan"ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə xəsarət alıb. Neymar 56-cı dəqiqədə rəqib oyunçu Yoel Armuqomla mübarizədə sıradan çıxıb. Onun yerinə meydana Kilian Mbappe daxil olub. Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino braziliyalı forvardın bu gün tibbi müayinədən keçəcəyini bildirib.
Qeyd edək ki, PSJ fevralın 16-da UEFA Çempionlar Liqasının 1/8 finalında İspaniyada "Barselona"nın qonağı olacaq. Komandalar arasındakı cavab oyunu martın 10-da Parisdə gerçəkləşəcək. Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Onun paytaxt klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.

54008 oxunub

InvestAZ