XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Pedaqogika üzrə elmlər doktoruna yubiley medalı təqdim olundu
İdman 13:25 / 26.01.2021
Yanvarın 12-də Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Dilqəm Quliyevə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən "Milli Ordu-100” yubiley medalı təqdim edilib. İdman sahəsilə yanaşı, vətənpərvərlik mövzusunda da maraqlı yazıları ilə uzun illər yorulmaz fəaliyyət göstərən pedaqogika üzrə elmlər doktoru Dilqəm Quliyevin özünəməxsus ömür yolu var. Onun tərcüməyi-halı geniş və əhatəlidir.
Belə ki, Dilqəm Qasım oğlu Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR-nın Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur.
1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki İdman Akademiyası) güləşmə və onun metodikası kafedrasında müəllim, baş müəllim (1990), tərbiyə işləri üzrə prorektor (1991), idman işləri üzrə prorektor (1992), idman və xarici əlaqələr üzrə prorektor (2001-2015) olmuş, hazırda idman tarixi elmi mərkəzinin direktoru vəzifəsində çalışır.
1972-ci ildən sərbəst güləş üzrə idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1996), Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (1994), Bədən Tərbiyəsi və İdman Əlaçısı (1994), Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Akademiyasının (1998), Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvü (1994), Gənc Vətənpərvərlər Birliyinin ABTİA-nın dayaq Mərkəzinin sədri (2000), "İdmançı” qəzetinin baş redaktorudur (1998). "Tərəqqi” medallı professor, Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyəsi və idman xadimi”dir.
2017-ci ildə bədən tərbiyəsi və idman sahəsində ilk dəfə olaraq Azərbaycanda "Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, pedaqogika üzrə elmlər doktoru adını almışdır.

23033 oxunub

InvestAZ