XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Barselona”nın borcu 1 milyardı keçdi
İdman 11:24 / 26.01.2021
İspaniyanın "Barselona" klubu bankrot ola bilər. Kataloniya təmsilçisinin 1 milyard 173 milyon avro borcu var. Borcun 730 milyon avrosu klubun qısa müddət ərzində hesablaşmalı olduğu öhdəliklərdir. Habelə, iyunun 30-dək bağlanılmalı olan 266 milyon avro bank borcu mövcuddur. Daha 90 milyon avronu isə "Barsa" dünyanın nəhəng investisiya banklarından olan "Goldman Sachs"a verməlidir.
Bundan başqa klubun gəlirlərinin 74 faizi əmək haqlarının ödənilməsinə gedir. Bu göstərici La Liqada qəbul olunmuş 70 faizlik limiti aşır. Cari maliyyə ilində xərclərin 796 milyon avro, gəlirlərin isə 828 milyon avro təşkil edəcəyi gözlənilir.

17133 oxunub

InvestAZ