XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Spartak”ın keçmiş oyunçusu evdə ölü halda tapıldı
İdman 10:36 / 22.01.2021
Rusiyanın "Spartak” və MOİK komandalarının keçmiş hokkeyçisi Stanislav Aqafonov vəfat edib. O, 34 yaşında dünyasını dəyişib. Aqafonovun meyiti Leninqrad vilayətinin Vertemyagi kəndindəki evdə aşkarlanıb.
Tanışı onunla əlaqə yarada bilmədiyi üçün bir neçə gün əvvəl polisə müraciət edib. Bəzi məlumatlara görə, hokkeyçi narkotikdən istifadə edib. Meyitin yaxınlığında şprislər, naməlum ağ maddə və qaşıq tapılıb. Onun yüksək dozaya görə öldüyü ehtimal edilir.
Qeyd edək ki, Stanislav Aqafonov 2012-ci ildən məşqçi kimi fəaliyyət göstərib.

24966 oxunub

InvestAZ