XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Barselonada klub prezidentliyinə seçkilərin vaxtı müəyyənləşdi
İdman 13:27 / 21.01.2021
İspaniyanın "Barselona” klubunun prezident seçkilərinin yeni tarixi müəyyənləşib. Seçkilər martın 7-də baş tutacaq. Bu barədə prezident vəzifəsini icra edən Karles Tuskets və namizədlər arasında razılıq əldə olunub. Joan Laporta, Viktor Font və Toni Freyşanın qatıldığı görüşdə baş məşqçi Ronald Kuman da iştirak edib. Seçkilərdə poçtla da səs vermək mümkün olacaq.

Qeyd edək ki, öncədən yanvarın 24-nə təyin olunan seçkilər koronavirus məhdudiyyətlərinə görə təxirə salınıb.

17789 oxunub

InvestAZ