XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



AVRO-2020 ilə bağlı plan açıqlandı
İdman 11:48 / 21.01.2021
UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin bir ölkədə təşkili variantını nəzərdən keçirir. Bu barədə Almaniyanın "Bavariya" klubunun prezidenti və UEFA prezidentinin müşaviri Karl-Haynts Rummenigge "Lequipe" nəşrinə açıqlamasında bildirib. O bildirib ki, yekun qərar martın 5-dən tez verilməyəcək: "Bilirəm ki, Çeferin koronavirusla bağlı situasiyaya çox ciddi yanaşır, Avropa çempionatının bir ölkədə keçirilməsinin ağlabatan olub-olmayacağını düşünür. Bu zaman bütün lazımi tədbirlərə riayət olunacaq. Unutmayaq ki, çempionatın 12 ölkədə keçirilmək ideası pandemiyadan əvvəl ortaya çıxıb" - deyə Rummenigge vurğulayıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

21855 oxunub

InvestAZ