XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Kriştianu Ronaldo "Real”ın prezidenti ilə görüşdü
İdman 17:02 / 20.01.2021
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Real"ın prezidenti Florentino Perezlə görüşüb. Görüş Turində, "Yuventus”un bazasında olub. Lakin tərəflərin hansı məsələ ilə bağlı müzakirə apardığı məlum deyil.
Ronaldo "Yuventus”a 2018-ci ildə məhz "Real”dan keçib. 35 yaşlı hücumçunun transfer dəyəri 117 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm A seriyasında 14 matça çıxaraq, 15 qol vurub və 2 qolun ötürməsini verib.

18266 oxunub

InvestAZ