XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Klublararası dünya çempionatının püşkü atıldı
İdman 12:00 / 20.01.2021
Bu ilin fevralında Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə 1/4 final, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan Almaniya "Bavariya"sı mübarizəyə yarımfinaldan başlayacaq. Həmçinin Libertadores Kubokunun qalibi (Braziliyanın "Palmeyras" və ya "Santos" klubu) də birbaşa bu raunda vəsiqə qazanacaq.

4 fevral

1/4 final mərhələsi

"Tiqres" (Meksika) - "Ulsan" (Cənubi Koreya)

"Əl-Duhail" (Qətər) - "Əl-Əhli" (Misir)

Yarımfinal

7 fevral

Libertadores kubokunun qalibi - "Tiqres" / "Ulsan" cütünün qalibi

8 fevral

"Bavariya" - "Əl-Duhail" / "Əl-Əhli" cütünün qalibi

Final

11 fevral

Qeyd edək ki, turnirin son qalibi İngiltərənin "Liverpul" klubudur.

15745 oxunub

InvestAZ