XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Şəhid Sənan Hüseynovun xatirəsinə onlayn şahmat turniri təşkil olunub
İdman 15:13 / 19.01.2021
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "PREMİER SCHOOL OF CHESS”in birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş Sənan Hüseynovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib. Yarışda 91 şahmatçı iştirak edib. Yekun nəticələrə görə, ümumi hesabda Kənan Qarayev, Kənan Əhədzadə, Elxan Bayramov ilk 3 yeri tutublar. Qızlar arasında ən yüksək nəticəni Əsnad Baxışzadə, 12 yaşadək yeniyetmələr arasında Həsən Orucov, 8-10 yaşadək uşaqlar arasında isə Allahverdi Ümid, İbrahim Səmədov göstəriblər.
Qeyd edək ki, Sənan Hüseynov noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

21194 oxunub

InvestAZ