XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Güllə atıcılarımız Qran-Pri turnirində iştirak edəcəklər
İdman 16:46 / 18.01.2021

Martın 9-16-da Polşanın Vroslav şəhərində güllə atıcılığı üzrə Qran-Pri turniri keçiriləcək. 25 metr məsafəyə atəşaçma yarışlarında Azərbaycan komandası da iştirak edəcək. Ölkəmizi turnirdə Ruslan Lunyov və Nigar Nəsirova təmsil edəcəklər.

Qeyd edək ki, güllə atıcılarımızın da iştirakı planlaşdırılan bu mövsümün ilk yarışı - Avropa çempionatı ləğv edilib. Finlandiyanın Lohya şəhərində fevralın 26-dan martın 6-dək keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən baş tutmayacaq. Yarışın başqa tarixə keçirilməsi müzakirə ediləcək. Qitə çempionatının keçirilməsi mümkün olmayacağı təqdirdə, Tokio-2020 üçün kvota yerləri Beynəlxalq Olimpiya Komitəsinin təsdiq etdiyi təsnifat sisteminə uyğun olaraq ötən il may ayına olan Avropa reytinqinə görə ayrılacaq. Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.


17804 oxunub

InvestAZ