XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



"Atletik" “Barselona”ya qalib gələrək İspaniya Super Kubokunun qalibi oldu
İdman 10:08 / 18.01.2021
"Atletik" klubu tarixində 3-cü dəfə İspaniya Super Kubokunu əldə edib. Bilbao komandası finalda "Barselona"nı məğlubiyyətə uğradıb - 3:2. Sevilyadakı "Estadio de-la Kartuxa"da keçirilmiş matçda Kataloniya komandası 2 dəfə - 40-cı və 77-ci dəqiqələrdə Antuan Qrizmannın qolları ilə önə keçib. Lakin 42-ci dəqiqədə Oskar De Markos, 90-cı dəqiqədə isə Asyer Vilyalibre fərqlənib.

Əlavə vaxtda basklar daha bir qol vurub. 94-cü dəqiqədə İnyaki Uilyams qələbə topuna imza atıb. 120+1-ci dəqiqədə isə "Barselona"nın kapitanı Lionel Messi qırmızı vərəqə alıb.

Beləliklə, "Atletik" 1984 və 2015-ci ildən sonra yenidən İspaniya Super Kubokunu qazanıb.

16492 oxunub

InvestAZ