XƏBƏR LENTİ
04 Mart 2021
03 Mart 2021
02 Mart 2021
26 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
19 Fevral 2021
16 Fevral 2021



PSJ Superkubokun qalibi oldu
İdman 12:00 / 14.01.2021

"Pari Sen-Jermen" (PSJ) "Marsel" komandası üzərində qələbə qazanaraq Fransa Superkubokuna yiyələnib. Görüş Lansedə, "Feliks Bolar" stadionunda keçirilib və 2:1 hesabı ilə qurtarıb.

Qarşılaşmada hesab 39-cu dəqiqədə açılıb. PSJ-nin hücumçusu Mauro İkardi komandasının azarkeşlərini sevindirib. Matçın 85-ci dəqiqəsində Neymar 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirərək PSJ-nin hesabdakı üstünlüyünü artırıb. Bundan 4 dəqiqə sonra "Marsel”in yarımmüdafiəçisi Dimitri Payet komandasının təsəlli qolunu vurub.

Bununla da PSJ Fransa Superkubokunun sahibi olub. Komanda koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatmış 2019/2020 mövsümünün çempionu elan edilib. "Marsel” mövsümün nəticəsinə görə 2-ci yeri tutub.


2349 oxunub

InvestAZ