XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



"World Masters” turnirinin son günündə 3 cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 12:25 / 13.01.2021
Qətərin paytaxtı Dohada cüdo üzrə "World Masters” turniri keçirilir. 69 ölkədən 398 (215 kişi, 183 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız yarışda 7 idmançı ilə təmsil olunur. Bu gün - yarışın son günündə 3 cüdoçumuz tatmi üzərinə çıxacaq. Kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi 100 kq), qadınların yarışında isə İrina Kindzerska (78+) medal qazanmağa çalışacaq.

Z.Kotsoyev 1/16 finalda Ramazan Dərvişlə (Misir), E.Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.

İ.Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu tatami üzərinə çıxıb. Təəssüf ki, idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyiblər.

34657 oxunub

InvestAZ