XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Dünya çempionatının təxirə salınması planlaşdırılmır
İdman 16:27 / 12.01.2021
2021-ci il fiqurlu konkisürmə üzrə dünya çempionatının Təşkilat Komitəsinin prezidenti Ulrika Molin turnirin hazırlıqlarının plan üzrə aparıldığını bildirib. Onun sözlərinə görə, hazırda koronavirus pandemiyası səbəbi ilə dünya çempionatını heçkəs təxirə salmağı planlaşdırmır.
Qeyd edək ki, turnirin 22-28 mart tarixlərində İsveçdə keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət əvvəl İsveçin Fiqurlu Konkisürmə Federasiyası 2020/21 mövsümü üçün bütün ev oyunlarını təxirə salıb. Dünya çempionatı ilə bağlı qərar isə hələki qəbul edilməyib.

19680 oxunub

InvestAZ