XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Böyük Dəbilqə turniri pandemiyaya görə keçirilməyəcək
İdman 10:17 / 08.01.2021
Bu il Bakıda cüdo üzrə Böyük Dəbilqə yarışı keçirilməyəcək. Buna koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyət səbəb olub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, hələlik Azərbaycan ərazisində qapalı məkanda beynəlxalq yarışların və kütləvi idman tədbirlərinin keçirilməsinə icazə verilmir.
Beynəlxalq Cüdo Federasiyası (İJF) artıq Tokio Yay Olimpiya Oyunlarına qədər keçiriləcək yarışların siyahısını açıqlamaq qərarına gəlib. Olimpiada ili olduğu üçün İJF lisenziya xallarını verən yarışların tezliklə bilinməsinin tərəfdarı olub. Hər il mayda Bakıda təşkil edilən Böyük Dəbilqə siyahıya daxil edilməyib.
Qeyd edək ki, 2020-ci ildə olimpiadaya lisenziya xalları qazandıran ənənəvi yarış koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Xatırladaq ki, 2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə Bakıda Böyük Dəbilqə təşkil edilib.

38810 oxunub

InvestAZ