Bakının "Səbail" klubu dünya şöhrətli futbolçu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.
Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.
Peşəkar karyerasına Fransa "Bastia”sında başlayan Esyen ən çox İngiltərənin "Çelsi” klubunda oyuna çıxıb. Yarımmüdafiəçi "Çelsi” formasında 168 oyunda 19 qol vurub.
Qeyd edək ki, o, İspaniya paytaxtının "Real” və İtaliya nəhəngi "Milan”ın da şərəfini qoruyub.
21184 oxunub