XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Boksçularımız final döyüşləri üçün mübarizə aparacaqlar
İdman 16:13 / 15.03.2019

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.
Azərbaycan millisinin üç üzvü çempionatın yarımfinalına vəsiqə qazanıb. Rüfət Hüseynov (49 kq) macarıstanlı Attila Bernatı 5:0 hesabı ilə məğlub edib. O, bu gün – martın 15-də yarımfinalda Rusiya idmançısı Volodya Mnatsakanyan ilə qarşılaşacaq.
Cəbrayıl Yelekov (81 kq) da dörddəbir finaldakı çıxışını qələbə ilə başa vurub. O, bu dəfə Kristin Nikolovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb – 5:0. Təmsilçimiz martın 16-da finalda ukraynalı Aleksandr Poxrebnyak ilə üz-üzə gələcək.
Bu gün yığmamızın digər üzvü Məhəmməd Abdullayev (+91 kq) də rinqə çıxacaq. O, dörddəbir finalda Vladislav Muravinə (Rusiya) 5:0 hesabı ilə qalib gəlib. Həmyerlimiz yarımfinalda xorvatiyalı Luka Pratlyaçiç ilə qarşılaşacaq.
Hər üç boksçumuz özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Daha bir boksçumuz Ruslan Rüstəmov (60 kq) dörddəbir final səddini keçə bilməyib. Təmsilçimiz Dmitri Tsaşkeviç (Belarus) ilə gərgin mübarizdən məğlub ayrılıb(2:3). İdmançımız çempionatı beşinci pillədə başa vurub.


21261 oxunub

InvestAZ