XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Yuventus”da rekord
İdman 19:12 / 13.03.2019


"Yuventus” Çempionlar Liqasının 1/8 finalında "Atletiko” ilə cavab matçında bilet satışından rekord gəlir əldə edib. Turin təmsilçisi Madrid klubu ilə ev görüşünün biletlərindən ümumilikdə 5.5 milyon avro qazanıb.​ Bu isə klub tarixində rekord göstəricidir.​ Bundan əvvəlki rekord​ 2018-ci ilin noyabrında "Mançester Yunayted"lə oyuna (5 milyon avro) məxsus idi.

Qeyd edək ki, "Yuventus” "Atletiko”ya 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.


20191 oxunub

InvestAZ