XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Evander Holifild Mayk Taysonu döyüşə çağırdı
İdman 17:20 / 03.12.2020
Boks üzrə sabiq dünya çempionu Evander Holifild Mayk Taysonu döyüşə çağırıb. Bu barədə "MMA Fighting” portalında məlumat verilib. Mayk Tayson bu yaxınlarda Roy Consla qarşılaşmanı heç-heçə ilə başa vurub.

E.Holifild M.Taysonla 1996-1997-ci illər arasında keçirdiyi hər iki döyüşdə qalib gəlib.

Xatırladaq ki, 1997-ci ildə E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə olunmaqla, həm də diskvalifikasiya edilib.

Evander Holifild son döyüşünü 2011-ci ildə keçirib və aktivində 44 qələbə və 10 məğlubiyyət var. "Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.

18795 oxunub

InvestAZ