XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Benzema geri qayıdacaqmı?
İdman 18:46 / 13.03.2019


Fransa futbol klubu "Lyon”un prezidenti Jan-Mişel Ola, "Real Madrid”in hücumçusu Karim Benzemanı komandaya geri qaytarmağa ümid bəsləyir. Bu barədə Fransanın "Tout le sport" telekanalında məlumat verilib. Jan-Mişel keçən il futbolçu ilə komandaya qayıtmaq barəsində danışdıqlarını və onun buna hazır olduğunu bildirib. Qeyd edib ki, futbolçu ilə iqtisadi göstəricilər barədə razılığa gəlməyiblər. "Benzema qayıtsaydı, əla olardı”, - deyə o, əlavə edib.

Qeyd edək ki, K. Benzema 2009-cu ildə "Lyon"dan "Real Madrid”ə keçib. O, "Lyon”un heyətində (2004-2009-cu illər) Fransanın dördqat çempionu adına layiq görülüb. Ölkənin ikiqat Super Kubokunu və kubokunu qazanıb.

"Lyon" Fransa çempionatında 28 matçda 50 xal toplayaraq 3-cü pillədə qərarlaşıb.


20427 oxunub

InvestAZ