XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Maradonanın oğlu Messinin formasının əlindən alınmasını istəyir
İdman 16:48 / 03.12.2020
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu Dieqo Armando Maradona Sinaqra qeyri-adi tələblə çıxış edib. O, noyabrın 25-də 60 yaşında vəfat edən atasının geyindiyi nömrənin əbədiləşdirilməsini istəyib.

Sinaqra Lionel Messinin geyindiyi "Barselona”nın 10 nömrəli forması da daxil olmaqla, Maradonanın şərəfini qoruduğu bütün klublarda bu nömrənin geri alınması tələbini çatdırıb: "Bəli, bu, "Barselona” da daxil olmaqla, Maradonanın oynadığı bütün komandalarda edilməlidir”.

Qeyd edək ki, Dieqo Maradona karyerası ərzində "Argentinos Juniors”, "Boka Xuniors”, "Barselona”, "Napoli”, "Sevilya” və "Nyuls Old Boyz” klublarında oynayıb.

17543 oxunub

InvestAZ